Eros Ramazzotti Bakıdadır – Video
Məşhur italyan müğənni Eros Ramazzotti artıq Bakıdadır.
İfaçı sosial şəbəkədə paytaxtımızın görüntüsünü paylaşıb.
Hazırda “Flame Towers” olan Ramazzotti videosuna “Sabahın xeyir Bakı” şərhini yazıb. Daha sonra isə təşkilatçı Anar Reyband müğənni ilə çəkdirdiyi şəklini paylaşıb.
E.Ramazzotti sabah Bakı Kristal Zalında səhnəyə çıxacaq.
https://youtu.be/vWyiN1mprtk