Bəşər Əsəd və Rusiya birləşmiş qüvvələrinin həyata keçirdiyi döyüşlərdən qaçıb canını qurtaran suriyalıların Türkiyə sərhəddində yerləşdiyini xəbər vermişdik.
Bu gün yayılan başqa xəbərlərə əsasən, həmin insanlar Suriyanın Türkiyə ilə sərhəd ərazilərində rejim və Rusiyanın apardığı siyasətə qarşı etiraz edib.
Bölgədə baş verə biləcək mümkün risklərin aradan qaldırılması üçün Türkiyə təhlükəsizlik qüvvələri əraziyə əlavə qüvvələr cəlb edib.
Suriyalıların təhlükəsizlik tədbirlərinə baxmayaraq barriqadaları yararaq Türkiyəyə daxil olmaq cəhdləri etdikləri barədə xəbərlər yayılıb. Türkiyə tərəfi hazırda bu riskləri önləmək istiqamətində tədbirlər həyata keçirir.
www.yenicag.az