Eskimosların qeyri-adi həyatı-Foto

media-hightechnic-468x90

83708Eskimoslar dünyanın ən köhnə mədəniyyətlərindən biri olaraq tanınır.

Yenicag.az xəbər verir ki, buzdan evlər inşa edən eskimoslar qışı bu evlərdə keçirirlər. Eskimosların həyat tərzi hər zaman maraq mövzusu olub.

Xüsusilə buzdan inşa etdikləri evdə necə qızındıqları çoxları üçün qaranlıq qalır. Ancaq mütəxəssislər bu sualın cavabını tapıblar. Belə ki, eskimosların “Igloo” deyilən buzdan evləri izolyasiya edirlər. Buzdan evi tikərkən buz bloklarının arası qarla suvanır.

Buzdan evə girib çıxarkən qapının açılıb bağlanması içəridəki isti havanın çölə çıxmasına, soyuq havanın isə içəri daxil olmasına səbəb olur.

Buna görə, buzdan evə müvəqqəti qapı hazırlanır və o, çölə deyil, içəri açılır. Əsl qapı isə evin altındakı qar qazılaraq yerin altından qoyulur. Bununlada buz evin izolyasiyası tamamlanır.

Buzdan ev əlbəttə ki, bizim üçün isti deyil. Ancaq eskimoslar üçün bu evlərdəki hərarət yetərlidir. Eskimosların əksəriyyəti Qrenlandiyada və Alyaskanın şimal hissəsində yaşamaqdadır.

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600