“Əsrin Müqaviləsi"ndən BÖYÜK ZƏFƏRƏ: Bütün addımlar TARİXİ QƏLƏBƏNİN TƏRKİB HİSSƏSİ İDİ

media-hightechnic-468x90

“Ötən 33 il ərzində əldə edilən nailiyyətlər o qədər çoxdur ki, onları sadalamaqla bitməz. Amma xalqımız üçün böyük əhəmiyyət daşıyan ən əsas nailiyyət birinci növbədə atəşkəsin əldə olunması idi.”

Yenicag.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, professor Əfsun Sucayev deyib.

media-1633348662156778532_1200x630

O, Yeni Azərbaycan Partiyasının 33-cü ildönümü ilə bağlı fikirlərini səsləndirib, bu illər ərzində görülən işlərdən danışıb.

Ə. Sucayev bildirib ki, 33 ildə çox böyük bir yol keçilib. Bu yolda maneələr də ortaya çıxıb.

“Ölkəmizin müstəqilliyini, onun dövlətçiliyini qəbul etmək istəməyən həm xarici qüvvələr, həm də “sapı özümüzdən olan baltalar” müxtəlif şəkildə maneçilik törədir, inkişafı əngəlləmək istəyirdilər. Lakin bütün maneələrə qarşı Ümummilli Lider Heydər Əliyev qətiyyətli mövqe nümayiş etdirdi. Xalqın birliyi və öz liderinə inamı sayəsində həmin maneələr dəf edildi. Bundan sonra isə uğurlarımız ardıcıl şəkildə sıralandı.

Ötən 33 il ərzində əldə edilən nailiyyətlər o qədər çoxdur ki, onları sadalamaqla bitməz. Amma xalqımız üçün də böyük əhəmiyyət daşıyan ən əsas nailiyyət birinci növbədə atəşkəsin əldə olunması idi.

Ölkədə vəziyyət çox ağır idi. Ərazi bütövlüyümüz dağılmışdı. Belə bir dövrdə hərbi ordumuz da kifayət qədər güclü deyildi. Ona görə müharibəni istədiyimiz şəkildə davam etdirə də bilmirdik. Güc toplamaq lazım idi. Bu isə atəşkəs yolu ilə mümkün oldu.

 

Atəşkəsin əldə olunması da son dərəcə çətin idi. Xarici qüvvələr hər addımda buna mane olur, bölgədə sabitlik yaranmasını istəmirdilər. Onların marağı müharibənin davam etməsi, insan itkiləri, qan tökülməsi idi. Çünki burada həm də onların silah biznesi, geosiyasi oyunları işə düşürdü. Cənubi Qafqazı özləri üçün münaqişə məkanı kimi saxlayır, inkişafın qarşısını almağa çalışırdılar. Onların arzuları Cənubi Qafqazın Əfqanıstan və Suriya kimi daimi qarşıdurma ərazisi olması idi.

Lakin Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində atəşkəs əldə olundu və ölkənin iqtisadi inkişafına güclü təkan verən “Əsrin müqaviləsi” imzalandı. Neft gəlirləri inkişafa yönəldildi, iqtisadiyyat gücləndi və nəticədə ordumuzun qurulması üçün möhkəm baza yarandı. Bütün bunların məntiqi nəticəsi olaraq biz 5 il əvvəl böyük zəfərə imza atdıq. O günə qədər atılan bütün addımlar həmin tarixi qələbənin tərkib hissəsi idi.

 

Mən yuxuda görərdim ki, bizim ərazi bütövlüyümüz bərpa olunacaq. Hətta bir çox siyasi ekspertlər belə düşünürdülər ki, əgər yeddi rayondan heç olmasa ikisini geri qaytara bilsək, bu, böyük uğur sayılacaqdı.

Lakin hər şeyin vaxtını bilən, bütün addımları düzgün proqnozlaşdıran Ümummilli Liderin davamçısı Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti xalqımızı böyük Qələbəyə, möhtəşəm nailiyyətə çatdırdı. Bu gün isə qarşımızda yeni hədəflər, yeni inkişaf mərhələləri dayanır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa