Estetik cərrahlar yenə GÜNDƏMDƏ: "Zamanında sərt qanunlar olsaydı..."

media-hightechnic-468x90

“Mən bir qadının həbs edilməsini heç vaxt arzulamazdım”.

Bu fikirləri mətbəxdə əməliyyat etdiyinə görə eltisinin ölümünə səbəb olmuş “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın həbs edilməsindən danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında bildirib.

Adil Qeybulla sahə ilə bağlı mövcud qanunvericiliyin daha da sərtləşdirilməli olduğunu bildirib:

“Ümumiyyətlə, kimliyindən asılı olmayaraq, qanun hər kəsdən və hər şeydən yüksəkdə dayanmalıdır və qanuna hamımız əməl etməliyik. Əslində, bu tip məsələlər qanunda olan boşluqlardan qaynaqlanır. Zamanında sərt qanunlar olsaydı, bu cür hadisələr olmazdı. Qanunda boşluqlar olduqda bundan sui-istifadə halları olacaq və bu sui-istifadə hallarına yol verənlər də cəzalandırılacaq.

Mən bir qadının həbs edilməsini heç vaxt arzulamazdım. Digər tərəfdən də gördüyünüz kimi bu cür hadisələr olur, bunun hansısa formada qarşısı alınmalıdır. Hesab edirəm ki, yavaş-yavaş səhiyyə sahəsində də beynəlxalq qanunlar qəbul edilməli və işləməlidir. Təəssüflər olsun ki, səhiyyə sistemini beynəlxalq standartlara uyğun formaya gətirib çıxara bilməmişik. Bu nə qədər baş verməyibsə, bu cür hadisələr qaçınılmazdır. Nəticədə bundan həm əhali, həm də bu işi icra edənlər əziyyət çəkəcək. Təəssüf edirəm.

Düşünürəm ki, qanunlar sərt olsaydı və konkret qadağalar olsaydı, bu mənasız sertifikat imtahanları ləğv edilsəydi, biz bu cür hallarla qarşılaşmazdıq”.

Nurlan Cəfəri

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600