“İnsan hüquqları XXI əsr- Azərbaycan” Fondu (Fond) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Erməni vandalizmi: işğaldan öncə və sonra fotolarda” layihəsinin icrası məqsədi ilə 1 aprel 2022-ci il tarixində Estoniyanın paytaxtı Tallin şəhərində fəaliyyət göstərən Estoniya-Azərbaycan Evində “Erməni vandalizmi: işğaldan öncə və sonra fotolarda” adlı foto-sərgi keçirilmişdir.
Foto-sərginin aşılış mərasimində Estoniya ictimaiyyətinin, Estoniyada yaşayan müxtəlif xalqların nümayəndələri, Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının səfirliyinin əməkdaşları, Estoniyada yaşayan azərbaycanlılar iştirak etmişdir. Foto-sərginin açılş mərasimində həmçinin Estoniyada təhsil alan azərbaycanlı gənclərin ifasında tədbirin mahiyyətinə uyğun milli müsiqilərimiz ifa olunmuşdur.
Foto-sərgini ümumilikdə yüzlərlə insanın ziyarət etməsi gözlənilir.
Foto-sərgi 20 gün müddətində Azərbaycan evində sərgilənəcəkdir.
www.yenicag.az