“Ev dörd divardan ibarət deyil, o həm də yuvadır”- Engin Barman

media-hightechnic-468x90

fdfdsssaaassddArtıq neçə gündür ki, “JW Marriott Abşeron” otelində on yeddi Türk şirkətinin iştirak elədiyi inşaat sərgisi davam edir. Fuarda Türkiyə şirkətləri Azərbaycan alıcısına münasib qiymətlərlə, yüksək keyfiyyətli xidmətlər təklif etməkdədirlər. Biz də fuarı gəzib suallarımızı sərginin təşkilatçılarından biri, Yalovanın tanınmış iş adamlarından biri, Beyttürk şirkətinin prezidenti Engin Barmana ünvanladıq:

-Azərbaycana xoş gəlmisiniz…

-Xoş gördük. Minnətdaram.

-Sizi oxucularımıza tanıdaq əvvəlcə…

-Mən Yalovada yaşayıram. Otuz ildən çoxdur ki, inşaat sektorunda fəaliyyət göstərirəm. Müstəqil villaların inşası, dubleks dairələr, bina evləri, mənzillər və s. Tikintisi ilə məşğuluq.
Bizim fəaliyyətimiz Türkiyəylə məhdudlaşmır, Körfəzdə, eləcə də dünyanın bütün ölkələrində satışımız var. Biz işimizə güvənirik. Çünki kifayət qədər sağlam, güvənli binalar inşa edirik. Yeddidən yetmişə, hər kəsin rahatlıqla istifadə edə biləcəyi, xüsusilə də bir ailənin hüzuru, səadəti üçün əlimizdən gəldiyi qədər gözəl işlər görməyə çalışırıq. Deyə bilərəm, buna nail oluruq da. Çünki, bizim ən ümdə düşüncəmiz insanlara yaraşan məkanların altına imza atmaqdır. Bizim layihələrdə su, ağac, yaşıllıq əsas amildir. Otuz altı ədəd çox lüks villadan ibarət olan “Dream Land” proyektimiz artıq hazırdır. Bunların arasında 270 kv başlayıb 470 kv metrəyə qədər olan, 4 otaqlıdan on otaqlıya qədər villalar var. Hər biri də öz bağçalarının içərisində tikilib.

Biz işimizdə məhrəmliyə xüsusi üstünlük veririk. Yəni, Türk adət və ənənələrinə uyğun komplekslər inşa edirik. Belə ki, hər kəsin özünə aid bağçası var. Siz ailənizlə bağçanızda oturduğunuz zaman rahatlıqla səhər yeməyi yeyə bilərsiniz, çünki qonşunuz sizi görməyəcək. Yan tərəfdə, balkonda qonşunuzla göz-gözə gəlmirsiniz. Axı biz türkük, bir az da mühafizəkarıq. Üstümüzdə iki gözün olmağını ailəcə istəmərik. Biz “Dream Land” da buna önəm verdik. Və ən ümdə məsələ, bizim işlərimizin xüsusi məqamı ondan ibarətdir ki, Yalovaya aid termal suyu, dünyanın ən müalicəvi isti suyu evlərimizdə mövcuddur. Başqalarının müalicə üçün uzaq yolları qət elədiyi bu şəfalı su sizin evlərinizdə var. Hamamınızın, əl-üz yuyanınızdan məhz bu su gəlir. O su ki, onunla iyirmi gün müalicə alanda mədə rahatsızlığı, revmatizm, cildinizdəki qırışıqlar yox olur. Bu detalı xüsusi vurğulamaq istəyirəm, çünki bildiyimə görə Azərbaycanın cənnət guşələrindən biri olan Kəlbəcərdə də sizin İsti suyunuz var. Baxmayaraq ki, indi erməni işğalı altındadır, amma tezliklə geri qaytarılacaq. Buna heç bir şübhəmiz yoxdur. Demək istədiyim, Azərbaycan alıcısı bu kültürə yad deyil. Biz komfortla birlikdə sağlamlığı da sizin ayağınıza gətiririk.
Xüsusiyyətlərimiz:
1. Məhrəmiyyət,
2. Termal suyunun varlığı.
3. Bir də təbiətlə baş-başa olmaq. Çünki insan təbiətdən ayrılanda yaradılışından uzaqlaşır. Müasir dünyamızda buna çox ehtiyacımız var.

-Azərbaycanı niyə seçdiniz?

-Azərbaycan bizim xüsusi maraq dairəmizdədir. Ona görə ki, öz məmləkətimizdir. Biz dünyanın ən bahalı ölkələrində, Körfəzdə, Qətərdə yüksək səviyyəli villalar tikdik. Sonra da oturub düşündük ki, madam əlimizdən bu iş gəlir, niyə öz qardaşlarımız üçün də eləməyək? Niyə onlara xidmət göstərməyək? Biz eyni dili danışırıq, eyni dinə inanırıq, düşüncəmiz eyni, tariximiz, adətlərimiz eyni. Bu günə qədər Azərbaycana gəlməməyimiz bizim çox böyük qəbahətimizdir. Buraya gec gəldiyimizə görə özümüzü qınayırıq. Azərbaycan xalqına, qardaş ölkəyə ucuz və keyfiyyətli xidmət nümayiş elətdirmək bizim borcumuzdur. Qeyd elədiyim kimi, qiymətlərimiz onlar üçün də münasibdir. Biz hər kəsi sərgiyə dəvət edirik. Gəlsinlər. Xidmətlərimiz arasında yox yoxdur. Dörd və beşmərtəbəli binlarımızda insanları yormayan, səhər yürüşünü rahatlıqla edə biləcəyi, çimərliyə beş dəqiqəlik məsafədə binalar tikirik. Sadəcə 70 min dollardan başlayan qiymətlərlə, eyni zamanda 25 faizini əvvəlcədən ödəməklə, çox uyğun kredit şərtlərimizlə bu komfortdan bəhrələnə bilərlər. Mən onu da qeyd edim ki, Türk kişisinin, Türk bəyinin könlü rahat olacaq. Çünki biz indiyə qədər olmayan bir yenilik elədik. Bizim layihələrdə “kadınlar dənizi” adlandırdığımız xanımlar üçün çimərlik də var. Evindən çıxıb beş dəqiqə sonra ona məxsus çimərliyə gedən xanımı heç kim narahat edə bilməz. Koruköyü adlı sahildə sadəcə xanımlara xas bir çimərlik planı var. Biz kişiləri də məhrum eləmədik dənizdən, elə yan tərəfdə onlar üçün də çimərliklər nəzərdə tutulub.

“Dream Land” layihəmizdə villalarımızın yüzdə səksəni satılıb, bu gün təqdim edəcəyimiz, 210 mənzildən ibarət olan “Bəytəpə” proyektimizin icrasına isə artıq başlanıb. Təxminən 24 ay sonra, 2016-cı ildə təhvil verməyi düşünürük amma mən əminəm ki, biz bütün işlərimizdə olduğu kimi bu proyekti də vaxtından əvvəl alıcısına təqdim edəcəyik.

-Belə demək mümkünsə, qardaş ölkənin insanlarını öz süni cənnətinizə dəvət edirsiniz, eləmi?

-Öz cənnətləridir onsuz da. Sadəcə daha yaxın, birlikdə olmaq lazımdır. Bir millətin iki dövlətində də ev sahibi olmaqlarını istəyirik.

-Bir az da fuar haqqında…

-Burdakı iqtisadi vəziyyəti görmək, daha doğrusu tikinti bazarını görmək məqsədilə kiçik bir butik sərgi hazırladıq. Türkiyədən on yeddi firma iştirak edir ki, biri də bizim “Beyttürk” firmasıdır. Bu şirkət özündə beş istiqaməti birləşdirir:
-Turizm,
-İnşaat,
-Daşınmaz əmlak,
-İdxalat və ixracat
Bu firmanın üç layihəsi var. Bizim də hədəflərimiz hər il ən az üç layihəni təqdim etməkdir.

-Şirkətinizin adı diqqəti cəlb edir. Bu fikir kimə məxsusdur?

-Oğlumla gəlinimin ortaq fikridir. Axı biz ailə şirkətiyik. Şirkətdə ailə üzvlərimin hamısı təmsiil olunur. Oğlum, gəlinim, beş qardaşım hətta xanımım. Biz Türkiyədə geniş bir ailəyik. Burda da ailələrimiz var.

-Yəni, siz Türk adət-ənənələrinə söykənən, eyni zamanda müasir üslubda evlərinizi Azərbaycan vətəndaşına da təqdim etmək istəyirsiniz.

-Elədir. Mən adətimizə uyğun evlərin tərəfdarıyam. Çünki ev dörd divardan ibarət deyil. O həm də yuvadır. Övladlarımızı böyütdüyümüz yerdir.

-Azərbaycandan gözlədikləriniz nələrdir?

-Əslində xoş söhbət, gülər üz bizim üçün yetərlidir. Təbii ki, məqsədimiz ticarətdir amma biz eyni zamanda qardaşlarımızın da mənafeyini düşünürük. Demək olar ki, öz hesabımıza kredit imkanlarıyla gəldik buraya. Yüzdə 25-i nağd ödəmə şərtilə kredit verməyi planlaşdırırıq. Eyni zamanda, Azərbaycandakı ticarət adamlarından gələcək təklifləri gözləyirik. Torpağı, ərazisi olan qardaşlarımıza səslənirik. Gəlsinlər, əl-ələ verib yaxşı işlər görək. Biz Azərbaycana xidmət etmək istəyirik.

Münasib, Azərbaycan vətəndaşının büdcəsinə uyğun təkliflərimizlə üç gün can Vətəndə misafir olacağıq. Biz burdayıq, JW Marriott Abşeron otelində.

Nigar İsfəndiyarqızı/Kaspi

YENİCAG.AZ: Azərbaycanda işgüzar səfərdə olan iş adamları Engin Barman və Musa Kırkık baş redaktorumuz Aqil Ələsgərlə də bir araya gəliblər. Türkiyədə Qarabağla bağlı Azərbaycanın haqq səsinə daim dəstək verən Yalova Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin aktiv üzvlərindən olan Musa Kırkık da Fuarda iştirak etmək üçün ölkəmizə gəlmişdir. 

10815832_10204543877549679_1519890292_n

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600