!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ev şəraitində soyuqdəymədən XİLAS YOLU - Həkim məsləhəti

!Reklam – Yazi

Burun tıxanıqlığından əziyyət çəkirsinizsə, həkimə müraciət etmədən ev şəraitində soyuqdəymədən xilas olmaq üçün istənilən aptekdən reseptsiz əldə edilən soyuqdəymə dərmanları alıb istifadə edə bilərsiniz. 

Bu dərmanlar damcı və ya sprey şəklində mövcuddur və əsas aktiv maddə tərkibi ilə fərqlənirlər.

Ksilometazolin

Bütün bu damcılar və spreylər təsirli şəkildə kömək edir, burun selikli qişasının şişməsi və iltihabını tez bir zamanda aradan qaldırır və 8 saata qədər nəfəs almağı asanlaşdırır.
Qeyd edək ki, bu cür dərmanların 5-7 gündən çox müddətdə istifadəsi məsləhət görülmür. Çünki asılılıq yarada bilər.

Buxar inhalyasiyası

Buxar inhalyasiyası evdə soyuqdəymə və burun axıntısının ilk simptomlarından qurtulmağa kömək edir. Dərman bitkilərinin qarışığından çıxan isti buxar nazofarenksin ən uzaq guşələrinə nüfuz edir, bəlğəmin təmizlənməsini asanlaşdırır, alergiyanın aradan qaldırır, boğazı və bronxları yumşaldır, zəifləyən öskürəyi aradan qaldırır, immunitet sistemini gücləndirir və ümumi vəziyyəti yaxşılaşdırır.

Çobanyastığı

Çobanyastığı ilə buxar inhalyasiyası da effektli təsir göstərir. Yeməkdən ən azı bir saat sonra inhalyasiya edilməlidir. Buxarı yavaş-yavaş və dərindən nəfəsə çəkməli, üstü dəsmal ilə örtülməlidir. Prosedurdan sonra ən azı 2-3 saat çölə çıxmamağınız məsləhətdir.

Xardal

Ayaqların xardal vannasına qoyulması da effektli vasitədir.

Qədim zamanlardan soyuqlamanın ilk simptomlarında nənələrimiz bu metoddan istifadə edib.

Qeyd edək ki, isti ​​su qan dövranını yaxşılaşdırır və xardal qızışdırıcı təsirə malik olduğuna görə təsiri daha da artırır, güclü antibakterial təsir göstərir.

30 dəqiqədən artıq vanna edilməsi məsləhət görülmür. Sonra dəsmal ilə ayaqlarınızı qurudun və yun corab geyinin.

Bundan bir fincan isti bitki çayı ilə içib yatın. Səhər oyandığınızda soyuqdəymədən əsər-əlamət qalmayacaq və terapevtik təsiri möhkəmləndirmək üçün proseduru bir neçə axşam təkrarlayın.

Bu proseduru 5 yaşdan yuxarı uşaqlara da tətbiq etmək olar. Prosedur isə 10 dəqiqədən çox davam etməməlidir. Daha sonra uşaq dərhal yatmalıdır.

Hazırladı: Cəmilə Çebotareva

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv