Evdən 10 kiloqram narkotik tapılıb

media-hightechnic-468x90

Qola qandal vurulurSabirabad rayonunda ata və oğul narkotik faktına görə həbs edilib.

media-banner_tuq

Sabirabad rayon Polis Şöbəsindən verilən məlumata görə, Sabirabad sakini, 11-ci sinif şagirdi, 1998-ci il təvəllüdlü Əliyev Cavidan Cabir oğlunun üzərində, oxuduğu Nizami adına orta məktəbin qarşısında 26,28 qram qurudulmuş marixuana aşkar edilib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məktəblinin yaşadığı ünvana baxış keçirilib. Oradan müxtəlif yerlərdə gizlədilmiş 10,19 kiloqram qurudulmuş marixuana aşkar edilib. Cavidan Əliyev və onun atası, 1958-ci il təvəllüdlü Əliyev Cabir Əlabbas oğlu saxlanılıb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Narkotikin evdə satış məqsədilə saxlandığı bildirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05