Evdən qaçan qızın dəhşətli sonu

media-hightechnic-468x90

Meyit-bashsiz (1)Evdən qaçan qız daha sonra tapılıb və anasına təhvil verilib

Bu gün Bakıda baş vermiş dəhşətli intihar hadisəsinin təfərrüatı məlum olub. Nizami rayon Polis İdarəsindən  verilən məlumata görə, ötən həftə 15 yaşlı Hacıyeva Qəmər Gülağa qızı evdən qaçıb. Q.Hacıyeva itkin düşmüş kimi axtarışda olub. Sentyabrın 28-dən 29-na keçən gecə, 24-cü polis bölməsinin əməkdaşları qızı tapıb. Polis əməkdaşları Q.Hacıyevanı çətinliklə anasına təhvil veriblər. Q.Hacıyeva evə qayıtmaq istəməyib.

Bildirilir ki, qızla anasının münasibətləri qaydasında olmayıb.İntiharın baş verdiyi vaxt evdə onun anası və dayısı olub. Polislər qızı evə gətirdikdən sonra, o öz otağında qapanıb və səhər saatlarında özünü 6-cı mərtəbədən atıb.

Q.Hacıyevanın atası yoxdur. O, ailədə yeganə uşaq olub.

Faktla bağlı araşdırmalar davam etdirilir. (vesti.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600