F1-də ən baha bilet 520 dollar olacaq

media-hightechnic-468x90

i“Formula-1” maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının 2017-ci ildə keçiriləcək Bakı mərhələsi üçün ən baha bilet 520 dollara olacaq.

Bu barədə jurnalistlərə mərhələnin promouteri Arif Rəhimov məlumat verib.

“Qran-pri üçün bilet satışlarına dekabrın 1-dən başlanacaq, biz bunu tezliklə elan edəcəyik. Ən bahalı bilet 520 dollara olacaq, lakin biz biletləri yerli valyuta olan manatla satacağıq. Ən ucuz bilet 40 dollara başa gələcək”, – deyə Rəhimov bildirib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa