Sosial şəbəkələrsdə sürətlə populyarlaşan əlavənin müəllifləri bir anda milyonçuya çeviriliblər.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, son günlərdə sosial şəbəkə istifadəçilərinin həvəslə tətbiq etdikləri “FaceApp” əlavəsi müəlliflərinə 63 milyon rubl (1 milyon dollar) qazandırıb.
Bu barədə informasiyanı “AppAnnie” analitik şirkətinin məlumatlarına əsaslanan “Forbes” yayıb.
Məlumatda qeyd olunur ki, “FaceApp”ın tətbiqindən ötən həmin əlavə 10 gün ərzində 6,5 milyon smartfona (4,5 milyon Android, 2 milyon iPhone) yüklənib
İnsana qocalıq vəziyyətini “göstərən” “FaceApp” əlavəsi ABŞ, Rusiya, Cənubi Afrika Respublikası və bir sıra başqa ölkələrdə 50 ən populyar proqram siyahısına daxil olub.
www.yenicag.az