Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Facebook"da saxta istifadəçi hesablarının sayı 50%-i keçir - Hesabat açıqlandı

“Facebook”da qeydiyyatdan keçmiş saxta istifadəçi hesablarının sayı 50%-i keçir.

Yenicag.az xəbər verir ki, bu nəticə PlainSite şirkətinin hesabatında qeyd olunub.

Hesabatda qeyd edilib ki, “Facebook”un özəl məlumatına əsasən sosial şəbəkənin aylıq aktiv istifadəçi kütləsi 2 milyard insandır.

“Biz güman edirik ki, “Facebook”da vəziyyət investorların düşündüklərindən də pisdir. Facebook saxta istifadəçi hesabları problemi barəsində ictimaiyyətə yalan danışır. Biz düşünürük ki, sosial şəbəkədə saxta istifadəçi hesablarının sayı 50%-i keçir. Şirkət öz məhsulu üzərində idarəetməni itirib” – deyə PlainSite şirkəti bildirib. Hesabatın müəllifləri çoxlu sayda botların olmasının mənfi özəlliklərini təqdim ediblər.

– Müştərilər “Facebook”da reklam alırlar və ümid edirlər ki, həmin reklam 2 milyard insana çatacaq. Lakin reallıqda həmin müştərilər sadəcə olaraq öz vəsaitlərini havaya atırlar.

– Saxta hesablar botları aşkar edən alqoritmi aldatmaq üçün reklama və ya bəyənmə düyməsinə klik etmək üzrə proqramlaşdırılıblar.

– “Facebook”da olan saxta istifadəçi hesabları çox zaman reklam verənləri aldadır və əsl istifadəçiləri yanlış fikrə yönəldirlər. Bu isə öz növbəsində fake xəbərlərin və saxtakarlığın yayılmasında yardımçı olur.

www.yenicag.az

9270