Facebook"dan önəmli qərar: Çempionlar Liqasının matçları canlı yayımlanacaq

media-hightechnic-468x90

“Facebook” şirkəti UEFA Çempionlar Liqası ilə bağlı qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, qitənin bir nömrəli turniri sözügedən sosial şəbəkə vasitəsi ilə canlı yayımlanacaq. Şirkət rəhbərliyi artıq ÇL-in yayım hüququna sahib olan “Fox Sports” telekanalı ilə razılığa gəlib. Sosial şəbəkə vasitəsi ilə turnirin qrup mərhələsi də daxil olmaqla, 1/8, 1/4, yarımfinal və final matçlarının da canlı yayımlanması planlaşdırılır.

Qeyd edək ki, “Facebook”un dünyada 2 milyard istifadəçisi var.

Onu da xatırladaq ki, “Facebook” vasitəsi ilə ötən il “Everton” – “Mançester Yunayted” matçı canlı yayımlanıb. Sözügedən qarşılaşmanı isə 3,7 milyon şəxs izləyib.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600