!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Facebook"u məhkəməyə verdilər - Mark Zuckerberg vəzifədən azad edilir?

!Reklam – Yazi

Marketinq agentlikləri Facebook şirkətini məhkəməyə veriblər.

Yenicag.az Technote-yə istinadən xəbər verir ki, onların fikrincə Mark Zuckerberg-in komandası 1 il bundan öncə sosial şəbəkədəki istifadəçilər tərəfindən paylaşılmış videoların baxış saylarının artması barəsində problemi bilib, lakin bunu reklam verənlərdən gizlətməyi üstün tutub. Bu yeni qalmaqal öz növbəsində səhmdarlarda Mark Zuckerbergin şirkətin CEO vəzifəsindən azad edilməsi sualını yenidən doğurub. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Facebook etiraf etmişdi ki, o, göstəriciləri 60-80% qaldıraraq videoların baxış saylarının qiymətləndirilməsində səhvə yol verib.

Sosial şəbəkədə reklam yerləşdirən marketinq agentlikləri isə bu məsələ ilə bağlı şirkəti məhkəməyə verib. Onların fikrincə şirkət videoların baxış saylarını əslində 150-900% qaldırıb. Şirkət təmsilçiləri isə bunu sadəcə olaraq hesablama səhvinin olması ilə əlaqələndiriblər. Facebook həmçinin qeyd edib ki, bunun üçün o, rekalm verənlərdən əlavə vəsait əldə etməyib. Lakin marketinq agentliklərinin fikrincə sosial şəbəkə bu problem barəsində 1 il ərzində xəbərdar olub. Lakin həmin problemi gizlətməyə çalışıb. Məhkəmə iddiaçıları Facebook şirkətindən təzminat tələb edirlər. Təzminatın dəyəri isə açıqlanmayıb.

Son 2 ildə Facebook bir çox qalmaqallarda hallanıb. Şirkətin səhmdarları artıq əvvəl də Mark Zuckerberg-in şirkətin idarəetmə vəzifəsindən ayrılması sualını ortaya qoymuşdular. Görünür, bu yeni qalmaqal səhmdarların fikirlərini daha da möhkəm edib. “İdarə heyətinin müstəqil sədri Facebook-un inkişafı, bütün bu qalmaqalların bitməsi və həmçinin amerikalılar ilə investorların güvənlərinin geri qaytarılması üçün lazımdır” – deyə mütəxəssislərdən biri qeyd edib. Bu cür fikri həmçinin digər səhmdarlar da dəstəkləyirlər. Lakin çətinki onlar nəsə edə bilsinlər. Baxmayaraq Mark Zuckerberg şirkətin idarə səhmləri paketinə sahib deyil, o yenə də həlledici səs hüququna sahibdir. Bu cür strukturda onun səhmlərinin dəyəri səsvermədə digər investorların səhmlərindən daha dəyərli hala gəlir.

COP29

www.yenicag.az

8676
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv