Faktiki hava proqnozu

media-hightechnic-468x90

Fevralın 22-də Azərbaycan ərazisində hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi dağlıq ərazilərdə arabir qar yağıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Qaxda 46 sm, Ağdərədə 25 sm, Daşkəsəndə 9 sm, Qrızda 7 sm, Xaltanda 5 sm, Şahdağda 3 sm olub.

Şimal-qərb küləyi arabir Ağdamda 26 m/s, Qobustanda 25 m/s, Tərtər, Naftalanda 24 m/s, Daşkəsəndə 23 m/s, Şəki, Mingəçevir, Göyçayda 22 m/s, Zərdab, Qəbələdə 20 m/s, Gəncə, Kəlvəz, Yevlax, İsmayıllıda 18 m/s, Sabirabad, Şahdağ, Qax, Altıağac, Qubada 17 m/s, Yardımlı, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,4 metrə çatıb.

Havanın temperaturu fevralın 21-də Bakıda iqlim normasından 2,3 dərəcə yuxarı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-6 dərəcə isti, Naxçıvanda 0-5 dərəcə şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, aran rayonlarında 6 dərəcəyədək isti olub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05