“Saçımdan bir tük əksik olsa, o, dünyanı dağıdar”.
Bu gün bizim aramızda böyük hörmət hissi, dostluq var.
Yenicag.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Tarixin bir günü” verilişində deyib.
O, Tarix Əliyevin (Tolik) “həyat yoldaşınızla aranızda soyuqluq olduğu deyilir sualını cavablandırarkən deyib.
Sənətçi həyat yoldaşından ayrılıb-ayrılmadığı məsələsinə belə aydınlıq gətirib:
“O, mənim oğlumun dəyərli, hörmətli atasıdır və hər zaman da hörmətli olacaq. O insana sevgim olub, 15 ildir bir-birimizi tanıyırıq, 13 yaşında övladımız var. O sevgi. əlbəttə ki, keçir övladımıza. Bu sevgi indi hörmətə keçib. Bu gün bizim aramızda böyük hörmət hissi, dostluq var. Mənim saçımdan bir tük əskik olsa, o, dünyanı dağıdar. Mən bunu onun öz sözləri ilə dedim”.
Nehru
www.yenicag.az