Sabiq vergilər naziri Fazil Məmmədovun Azərbaycan Universiteti əlindən alınır.
Yenicag.az unikal.org-a istinadən xəbər verir ki, Fazil Məmmədovun sahib olduğu Azərbaycan Universiteti onun kurasiyasından çıxır.
Heç kəsə sirr deyil ki, 2017-ci il dekabrın 5-də vəzifəsini itirən sabiq vergilər nazirinin mövqeyi zəifləyib. Belə ki, idman növlərində rəhbəri olduğu federasiyaların əlindən çıxmasından sonra Azərbaycan Universitetinin də sabiq nazirin nəzarətindən çıxacağı barədə məlumat yayılıb.
İddia olunur ki, adıçəkilən universitet yüksək ranqlı məmurlardan birinin idarəçiliyinə keçəcək.
Azərbaycan Universitetinin idarəçiliyində olan Fazil Məmmədovun yaxın qohumlarının işdən çıxarılacağı da yayılan məlumatlar sırasındadır.
Məlumata görə, universitetin gənc rektoru olan Səadət Əliyeva sabiq nazirin bacısı qızıdır.
Bundan başqa, Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov, Xarici dillər kafedrasının professoru Azad Məmmədov, Müasir Təhsil Kompleksinin tədris məsələləri üzrə müşaviri Anar Məmmədov da sabiq nazirin qohumlarıdır.
İddiaya görə, artıq, 2017-ci ilin may ayında Fazil Məmmədovun Nəsimi bazarının yaxınlığında- Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71 ünvanında yerləşən keçmiş Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Azərbaycan Universitetinə verdiyi inzibati bina ilə bağlı da araşdırma aparılır. Keçən ilə qədər Vergilər Nazirliyinin balansında olan binanın Azərbaycan Universitetindən alınması ilə bağlı lazımı prosedurlara başlanılıb.
www.yenicag.az