Fələstinli polislər saxlanıldı

media-hightechnic-468x90

48364İsrail əsgərləri Ramallah şəhəri yaxınlığında fələstinli 3 polisi saxlayıb.

Yenicag.az anspress-ə istinadən bildirir ki, hadisə şahidləri bildiriblər ki, Ramallah yaxınlığında yerləşən İsrailə məxsus hərbi posta yaxınlaşan fələstinli polislər nəzarətə götürülüb.

Belə ki, İsrail əsgərlərinin, “DCO” adlı posta yaxınlaşan mülki geyimli polis məmurlarına atəş açdığı və təslim olmağa məcbur edildiyi bildirlir.

Fələstin təhlükəsizlik qurumları hadisəni təsdiqləyərək, saxlanılan polis əməkdaşlarının axtarılan bir şübhəlini təqib edərkən nəzarət nöqtəsinə yaxınlaşdığını deyiblər.

İsrail tərəfi isə bu barədə hər hansı şərh verməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600