“Fənərbaxça” qəzəbə tuş gəldi

media-hightechnic-468x90

83720“Fənərbaxça” klubu Qaziantepə səfəri zamanı azerkeşlərin qəzəbinə tuş gəlib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, azarkeşlər tərəfindən klub avtobusunun yolu kəsilib. İstanbul təmsilçisinin prezidenti Aziz Yıldırım yolu bağladıqlarına görə, etirazçılarla reaksiya göstərib.

Prezident polislərlə də bir müddət mübahisə edib və təhlükəsizliklərinin təmin edilmədiyindən gileylənib.

Daha sonra tərəfdarların üzərinə gedən Yıldırıma polislər mane olublar. Azarkeşlərə tərbiyəsizlər deyən A.Yıldırıma etirazçılardan da cavab gecikməyib. Azarkeşlər “Aziz Yıldırım istefa”, “Fənərbaxça atanın klubu deyil” şüarları səsləndiriblər.

Qeyd edək ki, “Fənərbaxça” bu gün Qaziantep şəhərinin eyni adlı klubu ilə üz-üzə gələcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600