"Ferentsvaroş" Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlib" - Baş məşqçi

media-hightechnic-468x90

“Ferentsvaroş” komandası Bakıya “Qarabağ”ı məğlub etmək üçün gəlib.

Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, bunu Macarıstan təmsilçisi “Ferentsvaroş”un futbolçusu Toon Raemaekers mətbuat konfransında deyib.

O, “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb:

“Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bakıya qələbə qazanmaq üçün gəlmişik. İlk görüşdə bəxtimiz gətirmədi. Düşünürəm ki, cavab matçında eyni səhvlərə yol verməyəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05