Fərhad Əhmədov “AzNar”ın “stop” qoyulan direktorunu onunla əvəzlədi

media-hightechnic-468x90

İş adamı Fərhad Əhmədova məxsus, atası Teymur Əhmədovun adını daşıyan “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ölkədən çıxışına məhdudiyyət qoyulan baş direktoru vəzifəsindən azad edilib. 

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, Abbasov Bəylər Rəşid oğlu “AzNar” QSC-nin baş direktoru və qanuni təmsilçiliyindən ayrılıb.

Onun Yerinə Hüseynov Natiq Elxan oğlu gətirilib.

Qeyd edək ki, nizamnamə kapitalı 150 milyon manata yaxın olan “AzNar” QSC-nin qanuni təmsilçisi Abbasov Bəylər Rəşid oğlunun bu ilin iyul ayında vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyulub. Şirkətin Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə 373.070,78 AZN vergi borcu bir qədər də artaraq 411114.19 AZN-ə yüksəlib./qaynarinfo

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05