Azərbaycanda pambığın alış qiyməti 50 manat artırılıb.
Kənd Təsərrüfatı Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılaraq 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.
2018-ci il | |
1-ci növ | 600-dən 650 manata |
2-ci növ | 580-dən 630 manata |
3-cü növ | 540-dan 590 manata |
4-cü növ | 500-dən 550 manata |
Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir.