FETÖ terror təşkilatının lideri Fətullah Gülən tərəfdarlarına yeni təlimatlar verib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, FETÖ-nün 18 ölkədə olan üzvlərinin ötən ay bir araya toplaşdığı və yenidən təlimatlandırıldıqları üzə çıxıb. İyunun sonuncu həftəsi baş tutan görüşdə təşkilatın 18 ölkədə olan şəbəkələrinin başçıları (ümumilikdə 33 nəfər) iştirak edib.
İclas zamanı Gülənin yeni təlimatları səsləndirilib. Onlara olduqları ölkədə gizlənmək və yerlərini möhkəmləndirmək üçün evlənmələri tapşırılıb. Həmçinin əmr verilib ki, yaşadıqları yerlərdə investorla əlaqə yaradaraq Türkiyəyə kapital axınının qarşısını alsınlar.
Gülənin tapşırıqlarını çatdıranlar onun çox xəstə olduğunu və dua gözlədiyini bildiriblər.
www.yenicag.az