Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

FETÖ barədə hər şeyi açıqlayacaqdı, cəsədi tapıldı - Siyasilərin yataqlarını izləyirdi

FETÖ terror təşkilatının üzvü Ankara Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Zeki Güven həbsxanada ölüb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, CHP-nin keçmiş sədri Dəniz Baykal və MHP-nin bir sıra rəhbər şəxslərinin özəl həyatına dair görüntüləri internetdə yayımlamaqda və FETÖ ilə əlaqələr qurmaqda təqsirləndirilərək həbs edilən Zeki Güven Sincan F tipli 1 saylı cəzaçəkmə məntəqəsində yatağında ölü tapılıb.

Onun yerli saatla 18:30 radələrində infrakt keçirərək həyatını itirdiyi bildirilib.

Keçmiş kəşfiyyatçının FETÖ işində etirafçı olacağını açıqlamasından sonra ölməsi diqqət çəkib. “Sabah” qəzetinin kəşfiyyat sahəsi üzrə mütəxəssisi Əbdürrəhman Şimşək onun ölümündə bəzi şübhəli məqamların olduğunu söyləyib. Belə ki, Zeki Güven hər gün qəbul etdiyi ürək dərmanından bu gün istifadə etməyib.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma davam edir.

Qeyd edək ki, Zeki Güven uzun müddət polisdən qaçmasına baxmayaraq, bir müddət əvvəl Əskişəhərdə saxlanılmışdı.

www.yenicag.az

6383
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS