“FETÖ-çuların təhdidi Yenicag.az-ı öz yolundan döndərə bilmədi” 

media-hightechnic-468x90

Azərbaycan-Türkiyə Evi Yenicag.az-ı 10 illik yubileyi münasibətilə təbrik edib.

ATEV-dən  Yenicag.az-a göndərilən təbrikdə saytın 10 illik fəaliyyətində prinsipial dövlətçilik mövqeyində dayandığı xüsusi qeyd olunub:

“Bu gün bizə ən əziz KİV- lərdən biri, hətta deyərdim ki, birincisi olan Yenicag.az-ın 10 ili tamam olur. Bu münasibətlə saytın təsisçisi və baş redaktoru, əziz qardaşım Aqil Ələsgər başda olmaqla bütün kollektivi təbrik edirəm.

Yenicag.az bizim üçün doğrudan da dəqiq və cəsarətli xəbərin ünvanıdır. Azərbaycanın əksər KİV-ləri terror şəbəkəsi FETÖ haqqında yazmağa qorxarkən, bəli, qorxarkən, məhz Agil Ələsgər və onun rəhbəri olduğu Yenicag.az Gülənin Türkiyədə və Azərbaycanda həyata keçirtdiyi pozuculuq fəaliyyətini cəsarətlə ifşa edirdi.

Hətta buna görə Aqil Ələsgəri ölümlə təhdid ediblər; o, irihəcmli cərimə tələb olunan məhkəmə iddiaları ilə hədələnib.

Ancaq Aqil Ələsgər Vətənə, Millətə və Dövlətçiliyə sadiqliyini öz ardıcıl və əməli fəaliyyəti ilə təsdiqləyib. Onun bu fədakar fəaliyyəti cənab Prezidentimiz tərəfindən də qiymətləndirilib.

Yenicag.az-ın fəaliyyətindən danışarkən, bu saytın Azərbaycan-Türkiyə münasibətlərinin daha da güclənməsinə verdiyi töhfəni qeyd etməmək olmaz.

Bütün bunları qısaca vurğulayaraq, Aqil Ələsgərə və Yenicag.az-a gələcək fəaliyyətində uğurlar arzulayır, Azərbaycanın media məkanında daha da möhkəmlənməsinin arzulayırıq”.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa