FETÖ-nün gənclər imamı Bakıda – Kimlər Elnur Aslanovu xilas üçün çalışır?  

Azərbaycanda fətullahçı gəncliyin formalaşmasında müstəsna xidmətləri olan, FETÖ Terror Təşkilatının Azərbaycandakı gənclər imamı Elnur Aslanov Bakıdadır. Yenicag.az xəbər verir ki, bir müddət öncə xaricə köçdüyü və “Linkedin” şirkətində işə başladığı deyilən Aslanov dünən şəhərin mərkəzində rus dostları ilə başmaq seyrinə çıxıb.

Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq rəhbəri vəzifəsindən çıxarıldıqdan sonra təyin olunduğu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsindən də ayrılan Aslanov daha sonra xaricdə təhsil alırdı.

İddialara görə, bir qrup yüksək vəzifəli şəxs  2014-cü ildə Azərbaycanın FETÖ ilə ilk mübarizə addımları nəticəsində “vurulan” kadrların yenidən “dirilməsi”nə çalışır.

Bu isə Azərbaycanda FETÖ ilə mübarizədə prezidentin apardığı siyasətin məmurların xəyanəti ilə üzləşdiyi ilə bağlı ittihamları gücləndirir.

Qeyd edək ki, Elnur Aslanov vəzifədən çıxarıldıqdan sonra Gülənə yazdığı məktub və CIA-ya yaxın quruluşlarda çalışan amerikalılarla səmimi məktublaşmaları yayılmışdı. Ancaq sonradan “görünməz əllər” o yazıları bir çox saytlardan sildirdilər.

Yenicag.az

COP29