!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fətullayev niyə Orduxanın əvəzinə Sabir Rüstəmxanlıya cavab verdi? - Bir iftiranın anatomiyası - VİDEO

!Reklam – Yazi

Canlı yayımlanan və Azərbaycan mətbuatının da önəmli isimlərinin qatıldığı Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı ilə bağlı Eynulla Fətullayevin dezinformasiya yayması bir çoxlarını təəccübləndirdi. Çünki orada belə bir halın baş vermədiyini nəinki iştirakçılar, minlərlə facebook istifadəçisi də görmüşdü. Tam əksinə, Sabir Rüstəmxanlının Avropadan Azərbaycana iftira atanlara qarşı sərt mövqeyini bir çox məmurumuz belə sərgiləməyib. Belə olan halda, stəkanda fırtına yaratmağın nə mənası var? Yəqin ki, Eynulla Fətullayev ciddi sıxıntı ilə üzləşdiyindən belə bir addım atmaq məcburiyyətində qalıb.

O toplantıda Elçibəyə “əclaf”, xalqın 95 faizinə “çuşka” deyən Fətullayev biləsuvarlı, masallılı qadınları təhqir etməkdən çəkinməyəndə, Sabir Rüstəmxanlı “Yerindən qalxan bir internet televiziyası açır və “gəlin Azərbaycanı söyək” deyir” söyləyərək, ölkəmizi hədəf seçənləri tənqid edirdi. Baxmayaraq ki, natiq söyənlərin nə ar, nə namus qandıqlarını, ən çirkin sözləri onun ünvanına yağdıracaqlarını bilirdi. Bununla belə, mövqeyini ortaya qoydu. Cavab isə Orduxandan deyil, Eynulladan gəldi.

Sizə iki video təqdim edirik.

Bunların birində millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının Azərbaycanın milli maraqları ilə bağlı mövqeyi ilə tanış olacaqsınız.

İkinci videoda isə hamının gözü önündə yaşananları təhrif edən, Azərbaycan xalqının 95 faizini təhqir etməsini “qara məni basınca, qoy qaranı mən basım” siyasəti ilə hərəkət edən Eynulla Fətullayevin milli maraqlarımızı, Azərbaycan qadını və kişisini alçaldan, rəsmilərə şər atan və dövlətçiliyimizi təhdid edən çıxışı ilə tanış olacaqsınız.

Görünən odur ki, Sabir Rüstəmxanlının Avropa Azərbaycanlılar Konqresinin növbədənkənar qurultayında Avropada bəzi qüvvələrin anti-Azərbaycan fəaliyyətini pisləməsi, həmin qüvvələrin Azərbaycan hakimiyyətində təmsil olunan havadarlarını narahat etdiyindən Eynulla Fətullayevin belə bir iftiralı çıxışını sifariş ediblər.

Hər iki çıxışı izləyin, özünüz qərar verin:

COP29

www.yenicag.az

4235
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv