övqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
FHN-dən Yenicag.az-a bildirilib ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır:
– bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
– tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
– tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
– tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
– yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Qeyd olunub ki, qaydalara biganəlik insan həyatına təhlükədir.
Nazirlik təhlükə zamanı 112-yə zəng etməyi xahiş edib.
www.yenicag.az