FHN əməkdaşı Avropa çempionatında bürünc medal qazandı

media-hightechnic-468x90

İspaniyanın Santa-Susanna şəhərində bodibildinq və fitnes üzrə keçirilən Avropa çempionatına yekun vurulub.

Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nüfuzlu idman tədbirində 43 ölkədən 1200 atlet mübarizə aparıb.

Avropa çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Xilasetmə və dalğıc işləri şöbəsinin baş məsləhətçisi Adil Cəfərov da iştirak edib. Adil Cəfərov 80 kq çəki dərəcəsində mötəbər yarışın “Masters” kateqoriyasında Avropa çempionatının bürünc medalını qazanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600