FHN əməkdaşları Gəncədə qəzaya düşdü

media-hightechnic-468x90

111659_res_01Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Bakı istiqamətinə çıxışda Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. Belə ki, “Daewoo” markalı minik avtomobili hərəkətdə olarkən yolda təmizlik işləri ilə məşğul olan süpürgəçini vurub. Süpürgəçi qadın hadisə yerində dünyasını dəyişib.

Daha sonra avtomobil yolun kənarında divara çırpılaraq yararsız hala düşüb. Maşında olan 36 yaşlı Əlizamin Hüseynov, 30 yaşlı Mansur Əliyev, 35 yaşlı Razim Pənahov və 33 yaşlı Kənan Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Qeyd edək ki, qəza zamanı avtomobildə FHN-in əməkdaşları da olub.

Faktla bağlı araşdırma aparılır(report).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa