!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FHN-nin zabiti məcburi köçkünün mülkünü zəbt etdi - FOTOLAR

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı məcburi köçkünün torpaq sahəsini zəbt edib.

Yenicag.az xəbər verir ki, söhbət nazirliyin növbətçi hissəsinin əməkdaşı, baş leytenant Həsənov Mehdi Kamil oğlundan gedir.

Nardaranda Ləhiş bağları ərazisində olan torpaq sahəsi mübahisəyə səbəb olub. Belə ki, 2014-cü ildə Qarabağ qazisi Xudiyev Elşən Qüdrət oğlu Qarabağ uğrunda döyüşlərdə iştirakına görə ona dövlət tərəfindən verilən 7,5 sotluq torpaq sahəsini məcburi köçkün Qarayev Rəşad Həsən oğluna satıb.

 

Bir müddət sonra isə Qarayev Rəşad öz mülkünə baş çəkmək üçün sözügedən əraziyə gedən zaman torpaq sahəsinin başqası tərəfindən hasarlandığını görüb. Satın aldığı mülkün hasarına isə “Satılır” elanı yazılıb. Məsələni aydınlaşdırmaq üçün elanda qeyd olunan nömrəyə zəng edən mülk sahibi FHN-nin əməkdaşı tərəfindən kobudluğa məruz qalıb. Həsənov Mehdi Ağdamdan məcburi köçkün olan Qarayev Rəşadı hədələyərək, vəzifəli qohumları olduğunu bildirib, “get kimə istəyirsən, ona da şikayət et” deyib.

Məlum olub ki, Qarayev Rəşad Həsən oğluna məxsus olan torpaq sahəsini Mehdi Həsənova qeyri-qanuni yolla Nardaranın kənd sovetinin sədri Yaşar Orucov satıb. Araşdırmalarımız nəticəsində o da məlum olub ki, Yaşar Orucov bir dəfə dələduzluğa görə həbs olunub.

İndi isə əlində sənədi, qanuni çıxarışı olan məcburi köçkün çıxılmaz vəziyyətdə qalıb. O, aidiyyatı qurumlardan kömək istəyib:

“Mən ona zəng edib, bizim yeri qanunsuz zəbt etdiyini bildirdim. O da qayıtdı ki, gedin işinizlə məşğul olun. Yenidən zəng elədim. Dedim ki, bu torpaq Qarabağ əlilinə verilib. O, bu vətən üçün canından keçib. Mənə cavab verdi ki, Qarabağ əlili torpaqları erməniyə verib, gəlib Bakıdan torpaq ala bilməz. Ona düzgün fikirdə olmadığını bildirsəm də, bu, onun vecinə olmadı. Məni hədələyərək həbs etdirəcəyini bildirdi. Özünü vəzifəlilərin qohumu kimi təqdim edir. Hansısa generalın qohumu olduğunu bildirir. Biz də 42-ci polis bölməsinə şikayət etdik. İndi hazırda iş istintaqdadır. Həsənov Mehdi qanunsuz əməl etdiyinin fərqinə varmaq istəmir. Sadəcə, vəzifəsindən sui-istifadə edir. Mən sadəcə, qanunla mənə məxsus 7,5 sot torpağımı istəyirəm”.

Emin Səfərov
Aqil Bəkir

COP29

www.yenicag.az

3457
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv