FHN: Ötən sutka ərzində 87 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilidi

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 81 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Yenicag.az FHN-in saytına istinadla xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla altı nəfər, o cümlədən “Şüvəlan” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas olunub. Həmçinin Bakı şəhərinin Yasamal rayonunda 1974-cü il təvəllüdlü Əliyeva Səbinə Hüseyn qızının cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600