FİFA Ronaldonun klubunu cəzalandırdı

media-hightechnic-468x90

FİFA Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu cəzalandırıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Kriştiano Ronaldonun klubuna qarşı bu cəzanın çıxarılmasına səbəb kimi ərəblərin Ahmed Musanın transferinə görə “Lester”ə təzminatı tam ödəməməsi olub.

A.Musa 2018-ci ildə İngiltərə klubundan 16.5 milyon avro qarşılığında “Əl-Nəsr”ə transfer edilib. O, 2 il bu komandada oynayıb. Məlumata görə, təzminat tam ödənilmədiyindən FİFA “Əl-Nəsr”in yeni transferlərinə lisenziya vermir. Bu səbəbdən onlar FİFA bayrağı altında keçirilən klubsəviyyəli yarışlarda iştirak edə bilmirlər.

Səudiyyə Ərəbistanı təmsilçisi “Lester”ə 390 min funt (457 min avro) ödəyəcəyi halda FİFA cəzanı aradan qaldıracaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600