“Casus şəbəkəsinin ifşa olunması Fransanın Azərbaycana qarşı məkrli planlarının iflasa uğraması deməkdir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Dəfələrlə diplomatik masada məğlub olmasına baxmayaraq, Fransanın hələ də Azərbaycana qarşı məkrli planlar qurmasının pərdəarxası detallarından danışan analitikin sözlərinə görə, Fransa öz obyektivliyini və ədalət hissini itirmiş ölkədir.
“Eyni zamanda, bu gün dünyada qəbul edilməyən insanlıqdan kənar neo-müstəmləkəçiliyi davam etdirən ölkədir. Bu gün Fransa beynəlxalq münasibətlər sistemində biabır olmaqla yanaşı, insanlıq əleyhinə cinayətləri və xüsusilə erməni terrorçularını dəstəkləməyi davam etdirir. Azərbaycan hər zaman bu faktları ifşa etdiyi üçün Paris Bakıya qarşı qəbuledilməz siyasət həyata keçirir”, – deyə o bildirib.
Ətraflı açıqlamanı tam olaraq buradan izləyə bilərsiniz:
Nəsimi Ələsgərli
Samir Məcidov
www.yenicag.az