!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fitch” Azərbaycanın reytinqini təsdiqlədi

!Reklam – Yazi

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin xarici valyutada uzunmüddətli defolt reytinqini “BB+”, reytinq üzrə proqnozunu isə sabit olaraq müəyyən edib.

Yenicag.az xəbər verir ki, bundan əlavə qısamüddətli emitentin defolt reytinqi “B”, yerli valyutada uzunmüddətli emitentin defolt reytinqi “BB+”, valyutada qısamüddətli emitentin defolt reytinqi “B”, ölkə tavanı “BB+” müəyyən edilib.

Azərbaycanın “BB+” reytinqi onun güclü xarici balansını və aşağı dövlət borcunu və zəif bank sektorunu özündə əks etdirir. Konsolidə edilmiş maliyyə profisitinin ÜDM-in 6% səviyyəsinə qədər irəliləməsi (bura SOFAZ-dan da ayrılmalar daxildir) ehtimal olunur. Bu isə hazırkı BB səviyyəsi ilə müqayisə etdikdə indi bu rəqəm ortalama mənfi-2,8%-dir. Ölkənin güclü performansına 2019-cu ildə ortalama 65 dollar/barel neft üiyməti və artan qaz hasilatı dəstəkləyib. Türkiyə və Avropa bazarlarına ixrac ediləcək Şahdəniz 2 yatağından çıxarılan qaz 2020-ci ildə də inkişafı dəstəkləyəcək və hidrokarbonat gəlirlərini artıracaq. Neftin aşağı qiymətinin 2020-ci ildə 62,5 dollar/barel, 2021-ci ildə isə 60 dollar/barel olacağı proqnozlaşdırılır.

Fitch hesab edir ki, daha yüksək sosial ödəmələr ÜDM-in 2020-ci ildə 4,4%, 2021-ci ildə isə 4,2% daralmasına səbəb olacaq. 2020-ci ilin xərcləri prioritetləri arasında məcburi tibbi sığorta proqramı (ÜDM-in 1.1% -i) yer alır və 2019-cu ildə dövlət maaşının artırılması tədbirlərindən dövlət sektoru əmək haqqı qanun layihəsinə və sosial təminat töhfələrinə təsir göstərəcək.

COP29

www.yenicag.az

834
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv