!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fiziki məhdudiyyətli şəxslər üçün xüsusi proqramlar: “Daha effektli nəticələrin əldə olunması üçün...”

!Reklam – Yazi

“Bu kateqoriyaya aid vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına da diqqət yetirilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fiziki imkanları məhdud şəxslərin yaradıcılıq fəaliyyətinə göstərdiyi dəstəyi şərh edən “Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı deyib.

Lalə Mehralının sözlərinə görə, fiziki məhdudiyyətli şəxslərə göstərilən dəstəyin daha da artırılmasına ehtiyac var:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və digər ixtisaslaşmış qurumlar fiziki imkanları məhdud şəxslərin yaradıcılıq fəaliyyətinə göstərilən dəstəyi ictimaiyyətə yetərli səviyyədə təqdim etmir.

Ona görə də, fiziki məhdudiyyətli insanların çoxu sosiallaşmaqda çətinlik çəkir. Məşğulluq məsələsində bu şəxslərə dəstəyin genişləndirilməsi müsbət nəticələrə yol açacaq”.

QHT sədri bildirib ki, fiziki məhdudiyyətli şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün onlara güzəştli şərtlərlə kredit ayrılmasına da ehtiyac var:

“Fiziki imkanları məhdud olan şəxslər üçün xüsusi imtiyazların təşkil olunması onları daha inamlı edə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fiziki məhdudiyyətli şəxsləri avtomobillə təmin edir, müalicə üçün sanatoriyalara göndərir, xüsusi kampaniyalar çərçivəsində əlil arabaları ilə təmin olunmalarına imkanlar yaradır. Lakin bu çərçivədə özünüməşğulluq proqramının tərtibi daha effektli təsirə malik ola bilər”.

Qeyd edək ki, BMT tərəfindən hər il qeyd olunan 3 dekabr Beynəlxalq Əlillər Günü ərəfəsində – 30 noyabr-1 dekabr tarixlərində Bakıda “Park Bulvar”da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə fiziki imkanları məhdud şəxslərin sənət əsərləri və əl işlərindən ibarət sərgi açılacaq.

Gülşən Şərif

COP29

www.yenicag.az

961
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv