!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa əsarətindəki müstəmləkələrdən gələn media nümayəndələri Mətbuat Şurasında oldular

!Reklam – Yazi

Fransa əsarətindəki müstəmləkələrdən Azərbaycana səfərə gələn media nümayəndələri Mətbuat Şurasında olublar.

Bu barədə Yenicag.az-a Şuradan məlumat verilib. Bildirilib ki, görüşdə çıxış edən Şuranın sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib. R.Məcid Azərbaycanın da beynəlxalq media, o cümlədən Fransa mediası tərəfindən əsassız ittihamlara məruz qaldığını bildirib. O, ədalətsizliyə qarşı mübarizəni ölkəmizin media təmsilçiləri ilə Fransa əsarətindəki müstəmləkələrin jurnalistlərini birləşdirən ortaq maraq kimi səciyyələndirib.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli qonaqlara ölkəmizdə medianın durumu barədə məlumat verib, mövcud istiqamətdəki statistikanı açıqlayıb.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa əsarətindəki müstəmləkələrdən olan media təmsilçilərinin ölkəmizə səfərlərinin kommunikasiya üzrə təcrübə mübadiləsi məqsədi daşıdığını bildirib, iştirakçıları qonaq jurnalistlərin səfər qrafiki ilə tanış edib.

Müzakirələr zamanı Mətbuat Şurasının sədri R.Məcid, həmçinin Şuranın İdarə Heyətinin üzvləri Azər Həsrət, Hacıbəy Heydərli və Şuranın icraçı katibi Əvəz Rüstəmov xarici media təmsilçilərinin qurumun fəaliyyəti, eləcə də Azərbaycan jurnalistikası ilə bağlı suallarını cavablandırıblar.

Görüşdə müstəmləkəçilik siyasətinin yaratdığı sosial, siyasi və mədəni fəsadlar geniş müzakirə edilib. Xüsusilə müstəmləkə rejimlərinin medianın inkişafına zərbə vurduğu və təzyiqlərin davam etdiyi bildirilib. Bu çərçivədə kolonial siyasətin informasiya axınını manipulyasiya etməsi, senzura tətbiqi və yerli mədəniyyətlərin informasiya məkanından sıxışdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fransa müstəmləkələri altında fəaliyyət göstərən jurnalistlərin qarşılaşdıqları real çətinliklər ön plana çəkilib.

Söhbət zamanı, həmçinin tərəflər arasında beynəlxalq mediada yerli xalqların səsinin eşidilməsi, informasiya axınında ədalətli təmsilçilik və dezinformasiyaya qarşı birgə mübarizə yolları ətrafında müzakirələr aparılıb, Azərbaycanın media qurumları ilə əməkdaşlıq imkanları dəyərləndirilib. Gələcəkdə birgə layihələrin həyata keçirilməsi, müştərək konfransların, seminarların və təlimlərin təşkilinə maraq ifadə olunub. Eyni zamanda, müstəmləkə təcrübələrinə dair tədqiqatların aparılması barədə planlar irəli sürülüb. Belə təmaslar beynəlxalq media əməkdaşlığının gücləndirilməsi və müstəmləkə siyasətinin informasiya sahəsində yaratdığı maneələrin aradan qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirilib.

www.yenicag.az

68
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv