!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa Qarabağ ermənilərini geri qaytarmaq İSTƏYİR: “Yalnız Azərbaycan qanunlarına tabe olmaqla gerçəkləşə bilər”

!Reklam – Yazi

“Sülh prosesini ləngidəcək əlavə lazımsız şərt irəli sürməyə ehtiyac yoxdur”.

Bunu Yenicag.az-a açıqlamasında erməni revanşistlərin aktivləşməsinin sülh prosesinə təsirindən danışan politoloq Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, revanşist əhval-ruhiyyə bütün erməni cəmiyyətinə xas olan xarakterdir:

“Yəni erməni hakimiyyəti nə qədər sülhdən danışsa da, özü də revanşizmlə nəfəs alır. Çalışırlar ki, Qarabağdan könüllü keçmiş ermənilərdən istifadə eləsinlər. Nəticədə isə sülh prosesi 30 il olduğu kimi indi də uzanır”.

Analitikin fikrincə, Qarabağ ermənilərinin yenidən geri qayıtmasına çalışan başda Fransadır:

“Çünki Qərb bu regionda sülhün bərqərar olunmasını istəmir. Eyni zamanda, əsas məqsədləri Rusiyanın Cənubi-Qafqazdan sıxışdırılıb çıxarılmasıdır. Bu amalla Gürcüstandan istifadə etməyə çalışdılar, lakin uğursuz oldu. Ermənistan isə bu kimi məqsədləri reallaşdırmaq üçün ən uyğun vasitədir”.

“Qarabağdan könüllü gedən ermənilərin geri qayıdışı yalnız Azərbaycan qanunlarına tabe olmaqla gerçəkləşə bilər. Yoxsa başqa dövlətin ərazisində mən öz istədiyim kimi yaşayacağam demək absurddur. Əgər gəlmək istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etsinlər və qanunlarımıza tabe olsunlar. Sülh prosesini ləngidəcək əlavə lazımsız şərt irəli sürməyə ehtiyac yoxdur”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

109
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv