!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa seçkilərinə Bakıdan BAXIŞ: “İstərdim ki, Le Pen seçilsin, amma…” – Partiya sədrlərinin PROQNOZU

!Reklam – Yazi

Asim Mollazadə: “Bu gün üçün müşahidələr belə söyləməyə əsas verir ki, Makronun şansı daha yüksəkdir”.

Musa Ağayev: “Avropa Fransa kimi ölkədə Le Penin prezident postuna gəlişinə imkan verməz”.

Araz Əlizadə: “Le Pen qələbə qazanarsa, Fransa da ABŞ-nin asılılığından xilas olar”.

Azərbaycandakı bir sıra partiyaların sədrləri Yenicag.az-a açıqlamalarında Fransada aprelin 24-də keçiriləcək prezident seçkilərinin ikinci turunda Emmanuel Makronun, yoxsa Marin Le Penin qalib gələcəyinə dair fikirlərini bildiriblər.

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, parlamentin deputatı Asim Mollazadənin fikrincə, Fransa seçkilərinin ikinci turunda favorit Emmanuel Makrondur:

“Bu gün üçün müşahidələr belə söyləməyə əsas verir ki, Makronun şansı daha yüksəkdir. Çünki birinci turda ona rəqib olmuş namizədlərin bəziləri öz tərəfdarlarını ikinci turda Makrona səs verməyə çağırıblar.

Amma Le Penin də mənsub olduğu radikal sağ qanadda parçalanma mövcuddur. Le Pen həmin qanadın səsini qazanarsa, onun imkanları arta bilər. Lakin indiki halda cüzi də olsa, üstünlük Makrondadır”.

Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev də ikinci turda Makronun qalib gələcəyinin daha inandırıcı olduğu qənaətindədir:

“Hesab edirəm ki, ikinci turda Makron qalib gələcək. Bəli, birinci turda Makronla Le Pen arasında səs fərqi çox deyildi. Amma ikinci tur ərəfəsində əvvəlki namizədlərin bir çoxu Makronu dəstəklədiklərini bəyan etdilər.

Digər tərəfdən, Avropa Fransa kimi ölkədə Le Penin prezident postuna gəlişinə imkan verməz. Avropa Parlamentində Le Penə qarşı irəli sürülən ittihamlar və sair məsələlər Le Peni Avropa üçün arzuedilməz siyasətçiyə çevirib. Bütün bu amillərə əsasən Makronun qalib gələcəyi daha inandırıcıdır”.

Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib ki, Fransanın ABŞ-nin asılılığından qurtulması üçün Le Penin qalib gəlməsi lazımdır:

“Fikrimcə, Makron qalib gələcək. Amma mən Le Penin qalib gəlməsini istəyərdim. Çünki o qələbə qazanarsa, Fransa da ABŞ-nin asılılığından xilas olar”.

A.Zeynalov

www.yenicag.az

883
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv