Fransada 16 yaşlı velosipedçi yarış zamanı öldü
Fransanın qərbindəki Kursemonda keçirilən velosiped turnirinin16 yaşlı iştirakçısı Noa Sartis sentyabrın 7-də yarışın son kilometrlərində qəflətən dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
İddialara görə, idmançı infarkt keçirib və yıxılıb. Ona tibbi yardım göstərməyə çalışsalar da, nəticəsi olmayıb.
Yeniyetmələrin (17 yaşa qədər) yarışından sonra böyüklər üçün planlaşdırılan velosiped yarışları ləğv edilib.
Sartis avqustda yeniyetmələr arasında Fransa çempionatında iştirak edərək, xronometrajda 13-cü, şosedə isə 99-cu yeri tutub.