Fransanın Nant şəhərində Fransa Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə 31 dekabr – Dünya azərbaycanlılarının Həmrəylk Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumata görə, tədbirdə övlət Komitəsinin, Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri, təşkilat rəhbərləri, diaspor fəalları və digər qonaqlar iştirak edib.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov bütün soydaşlarımızı təbrik edib. Həmrəylik Gününün tarixi və əhəmiyyətindən danışan T.Zeynalov bu əlamətdar tarixin elan olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib. O, ulu öndərin azərbaycançılıq ideyalarını yaşadan Prezident İlham Əliyevin, milli həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verdiyini, dünya azərbaycanlılarının milli-mənəvi birliyinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev Dövlət Komitəsinin sədri Fuad Muradovun adından tədbirdə iştirak edən soydaşlarımızı təbrik edib. Onları Azərbaycanın milli maraqları naminə daha fəal olmağa və sıx birləşməyə çağırıb.
Koordinasiya Şurasında təmsil olunan Paris Azərbaycan Evinin rəhbəri Miravri Fətəliyeva da dünya azərbaycanlılarının həmrəyliyinin və azərbaycançılıq ideyalarının yaranmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb, eyni zamanda bu gün Azərbaycan dövlətinin diaspora göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.
Tədbir konsert proqramı ilə davam edib.
www.yenicag.az