!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada fövqəladə vəziyyət elan olundu: "Problemlərin kökü 40 il əvvələ dayanır"

!Reklam – Yazi

Fransa prezidenti Emmanuel Makron kütləvi etiraz aksiyaları ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bunu xalqa müraciətində prezident Makron özü bildirib.

“Bütün baş verənlərlə bağlı fövqəladə vəziyyət elan edirəm. Bildirirəm ki, biz hörmət ediləcək, uşaqlarımızın bizdən də yaxşı yaşayacağı Fransanı qurmaq üçün çalışmışıq, çalışacağıq” – deyə o qeyd edib.

Makron ölkədəki problemlərin 40 il bundan əvvəldən mövcud olduğunu, nədənsə nümayişlərin bu günlərə təsadüf etdiyini vurğulayıb.

“Mən ölkədəki mövcud siyasi vəziyyətlə mübarizə apardım. Məqsədim Fransa xalqı üçün daha yaxşı sistem qurmaq idi. Təcrübə göstərir ki, ölkələr belə vəziyyətlərdən çox ağır keçir, ancaq mən ümid edirəm ki, Fransa xalqı bunun öhdəsindən gələcək” – deyə Makron əlavə edib.

O, hökumətdən və parlamentdən idarəçilik işini yenidən qurmağı tələb edib.

Prezident həmçinin, 2019-ci ildən Fransada əmək haqqının minimum 100 avroya qədər artacağına söz verib.

COP29

www.yenicag.az

8892
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv