Fransada qondarma “erməni soyqırımı” həsr olunan tədbir keçiriləcək
Fransanın paytaxtı Parisdə qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə rəsmi mərasim təşkil ediləcək.
Kanada meydanında Komusatunun abidəsinin yanında düzənlənəcək mərasim 24 apreldə saat 19.00-da keçiriləcək.
Erməni lobbisinin təsiri altında olan Fransanın prezidenti Fransua Olland da bu mərasimə qatılacaq. Ermənilər Olandın bu mərasimdə iştirakını yüksək qiymətləndirirlər və ermənipərəst prezidentin bu addımını dünya ictimaiyyətinin nəzərində “məzlum” ermənilərin müdafiəsi kimi təqdim edirlər.
Ermənilərin yaydığı müraciətdə deyilir: “Fransua Ollandın Suriyanın ermənilərin məskunlaşdığı Kesab kəndində etnik təmizlənmənin fonunda Ermənistana rəsmi səfəri, Türkiyə hakimiyyətinin “erməni soyqırımı”ni təkzib edən mövqeyinə əks reaksiyası kimi qəbul etmək olar. Bütün fransızları Komitas abidəsinin yanında təşkil ediləcək mərasimdə toplaşmağa çağırırıq”(anspress).