O, futbol sayəsində milyoner olan tək-tük qadınlardandır.
Yenicag.az xəbər verir ki, söhbət ingiltərəli 3 uşaq anası Karolyn Radforddan gedir.
İngiltərənin “Mansfild Taun” klubunun icraçı direktoru olan 36 yaşlı Radford hazırda dəyəri 8,3 milyon funt-sterlinq olan malikanədə yaşayır.
Futbol sahəsində ölkəsinin yeganə qadın icraçı direktoru olan Radfordun 52 yaşlı Con Radfordla birgə yaşadığı malikanənin təmiri 5 il çəkib. 10 otaqdan ibarət olan villa 19-cu əsrə aiddir.
Qeyd edək ki, “Mansfild Taun” hazırda İngiltərənin ikinci liqasında çıxış edir. Lakin icraçı direktor komandasını Premyer Liqaya yüksəltməyi qarşına məqsəd qoyub.
www.yenicag.az