Futbolçunun həyat yoldaşı və 4 uşağı öldürüldü

media-hightechnic-468x90

iraqliiiİraqlı qapıçı Munir Abdilə dəhşətli faciə üz verib.

Publika.az xəbər verir ki, qapıçının həyat yoldaşı və 4 uşağı İŞİD qruplaşması tərəfindən öldürülüb.

Munir ailəsiylə əlaqəni təxminən bir il əvvəl itirib. Onun ailəsinin yaşadığı Xoica şəhəri qruplaşma tərəfindən tutulmuşdu. Bir neçə gün əvvəl bu şəhər İŞİD qüvvələrindən azad edilib. Futbolçunun ailəsinin də yer aldığı maşın şəhərdən çıxmaq istəyərkən, İŞİD yaraqlıları tərəfindən vurulub. Nəticədə 26 dinc sakin həlak olub. Onların arasında qapıçının həyat yoldaşı və 4 övladı da var.

İraq Futbol Federasiyası “tvitter” səhifəsində faktı təsdiqləyib.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa