Futbolun ürəyi İSTANBULDA: Çempionlar Liqasının finalı üçün otellərdə 4 dəfə BAHALAŞMA

media-hightechnic-468x90

Türkiyədə UEFA Çempionlar Liqasının final oyunu öncəsi otellərin qiymətində 4 dəfə bahalaşma müşahidə olunur.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu gün İstanbulda keçiriləcək Çempionlar Liqasının finalı üçün turistlər adambaşına orta hesabla 2000 avro xərcləməli olacaqlar.

UEFA Çempionlar Liqasının baş sponsoru olan şirkətin araşdırmasına görə, Türkiyədə oyun öncəsi otellərin qiymətində 4 dəfə bahalaşma müşahidə olunur. Bir gecəsi 50 avroya başa gələn bəzi otellərdə qiymət 200 avroya qədər qalxıb.

UEFA Çempionlar Liqasının finalı İstanbulda “Atatürk Olimpiya Stadionu”nda İtaliyanın “İnter” və İngiltərənin “Mançester Siti” komandaları arasında keçiriləcək. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək oyunu yüzlərlə ölkədə canlı yayımla təqribən 1,5 milyarda yaxın insan izləyəcək.

Sadiq Cavadov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600