“Siyasi hakimiyətdə olanlar qruplaşmanı sürətləndirərək, iqtidar uğrunda mübarizəyə girişdilər”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın separatçı rejiminin yeni rəhbərinini Şuşada təşkil olunan “andiçmə” mərasimi ilə bağlı cəmiyyətin təpkisini şərh edən Turan Partiyası Təşəbbüs Şurasının sədri Cahandar Bayoğlu deyib.
Cahandar Bayoğlu 1992-93-cü illərdə baş verən məlum hadisələrə toxunaraq, o dövrdə yaranmış vəziyyətin doğurduğu çətinlikləri xatıraldıb:
“1992-93 illərdə Azərbaycan prezidenti nəyin bahasına olur-olsun, Qarabağı azad etmək uğrunda mübarizə aparırdı, ölkənin bütün resurslarını qələbəyə yönəltmişdi. Azərbaycan Ordusu may ayından oktyabra qədər uğurlu əməliyyatlar keçirdi, Xankəndinin 8 kilometrliyinə qədər irəlilədi, bütün yüksəkliklər bizdəydi. Xankəndinin azad olunmasına hazırlıq geden gecə Ağdamda hərbi sursat anbarı partladıldı. Azərbaycan ordusu mövqelərini itirməyə başladı, itkilər verdik.
Bu o dövrə təsadüf edirdi ki, ermənilər Dağlıq Qarabağın ilkin statusunu qəbul etməyə hazır idilər, ABŞ-ın vasitəsilə danışıqlar aparılırdı. Azərbaycan bu danışıqlarda ermənilərin yalvararaq sülh istəmələrinə, ABŞ-ın bununla bağlı təklifinə rədd cavabı verdi.
Bu qərardan sonra Moskva hərəkətə keçdi, Azərbaycan ordusunun tərkibində olan öz adamlarını geri çəkdi, orduda qarışıqlıq yaradıldı. Sonrakı dövrdə prezidentin öldürülməsini nəzərdə tutan addımlar atıldı, Prezident Aparatı mühafizə edilmək adı altında polis qüvvələri tərəfindən mühasirəyə alındı.
Siyasi hakimiyətdə olanlar qruplaşmanı sürətləndirərək, iqtidar uğrunda mübarizəyə girişdilər. Füzuli işğal olmaq təhlükəsiylə üzləşdi. O zaman Füzulini Prezident Qvardiyasının müqaviməti sayəsində qorumaq mümkün oldu, prezidentin özü də ön cəbhədəydi. Bu kimi xəyanətlər içərisində Sürət Hüseynov və Rəhim Qaziyev vəzifədən uzaqlaşdırıldı, daxili işlər naziri istefaya göndərildi. “Füzuli kartı” gerçəkləşmədiyi üçün Kəlbəcər kartı işə salındı və Kəlbəcər işğal olundu.
Azərbaycanda 10-a yaxın siyasətçi prezident olmaq üçün Moskvanın əmrindəydi. Siyasi və hərbi hakimiyyətdə dayaqlarını itirəcəyini görən Moskva 4 iyun qiyamını təşkil edərək, Azərbaycanı vətəndaş müharibəsinə sürüklədi.
Hədəfdə Konistitusiya quruluşunun dəyişdirilməsi, ölkəni idarə etməyə qadir olmayan Dövlət Şurasının yaradılması kimi planlar vardı. Yəni ölkəni vətəndaş mühharibəsinə sürükləyən hər kəs Dövlət Şurasında yer alacaqdı.
Nəticədə hərbi qiyam törədilsə də, Dövlət Şurası yaranmadı. Heydər Əliyev Milli Məclisə sədr seçildi, Elçibəy Kələkiyə getdi. Rusiya Təhlükəsizlik Şurasının 1993-cü il iyunun 26-da keçirilmiş toplantısında şıxış edən Şuranın katibi demişdi ki, “Uçitel (Elçibəy)opyat nas obmanul”.
Cahandar Bayoğlu bildirib ki, ötən müddət ərzində Azərbaycan böyük itkilər versə də, müstəqilliyini qoruyaraq güclənib:
“İndi ən önəmli olan məsələ “İrəvan – Moskva partiyası”nın eyni gəmidə toplanmasıdır. Gəminin batmaq üzrə olduğu bir dönəmdə Moskva-İrəvan cütlüyü Azərbaycanı qarışdırmaq üçün Şuşada məlum provakasiyaya əl atdı.
Onların əsas məqsədlərindən biri də Azərbaycandakı “İrəvan-Moskva partiyası”nı qorumaq idi. Biz millət və dövlət olaraq, bu provokasiyaya gedə bilmərik. “Gəmi”də olan “Yerevan-Moskva partiyası”nın batmağına, oradakıların boğulmağına köklənməliyik. “Gəmi” batarsa, içindəkilər boğularsa, Şuşa da, İrəvan da bizdə olar”.
www.yenicag.az