!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Füzulidə 15 yaşlı oğlanı qətlə yetirənlə bağlı YENİ XƏBƏR

!Reklam – Yazi

Füzuli rayonunun Böyük Bəhmənli kəndində fermada 15 yaşlı Tumas Musayevi odlu silahla qətlə yetirən Əli Məmmədov hadisədən sonra qacıb gizlənib.

Füzuli Rayon Polis Şöbəsindən Report-a verilən məlumata görə, kecirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çobanın yeri müəyyən edilərək saxlanıb. Ə.Məmmədov istintaqa təvil verilib.

Onun barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

***

Füzuli rayonunda fermada 15 yaşlı oğlanın qətlinin təfərrüatı məlum olub.

Rayonun böyük Bəhmənli kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, 15 yaşlı Tumas Musayevi öldürən Əli Məmmədov ruhi xəstədir:

“Əli Məmmədovun anası xəstə idi. Gözləri görmürdü. Ailədə 6 uşaqdır, iki qardaş, 4 bacı. Anası rəhmətə gedəndən sonra uşaqlar başsız qaldılar. Ata da gedib başqa bir qadınla evləndi. Ondan sonra uşaqlar pərən-pərən düşdü. Əli qəsəbədə yaşayırdı, bəzən aylarla görünmürdü. Kimin nə ağlına gələrdi ki, bu, adam öldürər. Tuması öldürəndən sonra qaçıb gizlənib. Onun bu hərəkəti hamını şoka salıb. Hamı onu ruhi xəstə kimi tanıyır”.

***

10:28

Füzuli rayonunda qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, rayonun Böyük Bəhmənli kəndində fermada çoban işləyən 19 yaşlı Əli Məmmədov 15 yaşlı Tumas Musayevə tüfəngdən atəş açaraq onu öldürüb.

Hadisənin səbəbi araşdırılır./Report/

COP29

www.yenicag.az

3035
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv