Gecə ərzində iki yanğın hadisəsi

media-hightechnic-468x90

img1635020Abşeron və Bakı ərazisində səhər saatlarında yanğın hadisəsi olub.

FHN-nin rəsmi saytının verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının taxtadan ibarət arakəsmə divarı 8 kv.m sahədə və 1 ədəd divan yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Abşeron rayonunda da vətəndaşa məxsus ümumi sahəsi 37 kv.m olan tikinti materialları mağazasının yanar konstruksiyaları və içərisinə yığılmış tikinti materialları 20 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb. (musavat.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600